Yunanlar türklərə atəş açdılar: Yaralı var

Yunanlar türklərə atəş açdılar: Yaralı var

Yunanlar İzmirin Karaburun rayonu və Sakız adasında balıq tutan 2 türk balıqçı gəmisinə atəş açıb.

NOCOMMENT türk mediasına istinadən xəbər verir ki, gəmidə yanğın baş verib, nəticədə 1 balıqçı yaralanıb.

Yaralı balıqçı daha sonra Çeşme dövlət xəstəxanasına aparılıb.

Türkiyə Sahil Təhlükəsizlik Komandanlığının açıqlamasında hadisə pislənilib: “Yunanların müdafiəsiz balıqçılara atəş açması qəbuledilməzdir, insanlığa qarşı cinayətidir”.