Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri Hülusi Akar telefonla danışıb.
NOCOMMENT.az Türkiyə mediasına istinadən xəbər verir ki, nazirlər Qarabağda atəşkəsə nəzarət etmək üçün Ağdamda yerləşəcək Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzini müzakirə ediblər.
H.Akar Monitorinq Mərkəzinin formalaşdırılması istiqamətində işlərin tamamlandığını bildirib.
O mərkəzdə bir general və 38 personalın olacağını qeyd edib. “Mərkəzin atəşkəsin davamlılığı, sülhün və sabitliyin bərqərar olunmasına töhfə verəcəyinə inanırıq” – deyə Akar bildirib.












