Zakir Həsənov və Hulusi Akar Türkiyə-Azərbaycan təlimlərini izləyiblər

Zakir Həsənov və Hulusi Akar Türkiyə-Azərbaycan təlimlərini izləyiblər

Türkiyənin Qars şəhərində Azərbaycan Ordusunun Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordusunun hərbi qulluqçularının da iştirak etdiyi “Qış təlimi-2021” adlı birgə təlimlərinin Müşahidəçilər günü keçirilir.

NOCOMMENT xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Təlimlərdə F-16 qırıcıları və zərbə PUA-ları müəyyən edilmiş hədəflərə dəqiqliklə zərbə endiriblər.

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov və türkiyəli həmkarı Hulusi Akar təlimləri izləyirlər.

Qeyd edək ki, Z.Həsənov “Qış təlimi-2021”-in yekun mərhələsini izləmək üçün Qarsa gedib.