Zaur Məmmədov və Rüstəm Muradovun birlikdə görüntüləri yayıldı – FOTO

Zaur Məmmədov və Rüstəm Muradovun birlikdə görüntüləri yayıldı – FOTO

Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru Zaur Məmmədov Qarabağda yerləşdirilən Rusiya sülhməramlılarının rəhbəri general-leytenant Rüstəm Muradovla görüşüb.

NOCOMMENT xəbər verir ki, onlar birlikdə bir süfrə arxasında oturublar.

Onların birlikdə çəkdirdikləri foto sosial şəbəkədə paylaşılıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin 7 dekabr 2020-ci il tarixli sərəncamı ilə Zaur Məmmədova general-mayor ali hərbi rütbəsi verilib.