İrandan Ermənistana gedən yük avtomobili Sünik vilayətində (Zəngəzur) yerləşən Aqarak gömrük keçid məntəqəsində saxlanılıb.
NOCOMMENT.az xəbər verir ki, yük avtomobilində ümumi çəkisi 97 kq olan 119 paket “heroin” tipli narkotik maddənin aşkarlandığı bildirilib.
Ermənistan mətbuatının yazdığına görə, Dövlət Gəlir Komitəsi Türkiyə vətəndaşı olan yük avtomobilinin sürücüsünü həbs etdiklərini açıqlayıb.












