Robert Köçəryan Hayastan fondundan imtina etdibackend

Robert Köçəryan Hayastan fondundan imtina etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabah “Hayastan” ümumerməni fondunun Qəyyumlar Şurasının iclası keçiriləcək.

NOCOMMENT modern.az-a istinadən xəbər verir ki, Qəyyumlar Şurasının üzvü olan eks-prezident Robert Köçəryan bu qurumun taplantısına qatılmaqdan imtina edib.

By barədə Köçəryanın ofisinin koordinatoru Baqrat Mikoyan məlumat verib.

“İkinci prezident Köçəryan maliyyə şəffaflığını, etimadı və hesabatlılığını itirdiyinə görə, “Hayastan” fondunun Qəyyumlar Şurasına daxil olmaqdan imtina edib”, – deyə Baqrat Mikoyan vurğulayıb.

Xatırladaq ki, 44 günlük İkinci Qarabağ müharibəsi zamanı “Hayastan” fondundan 107 milyon dollar Ermənistan Respublikasının dövlət büdcəsinə köçürülmüşdü. Lakin həmin vəsaitin təyinatı üzrə xərcləndiyi şübhə doğurmuşdu.

“Hayastan” fondunun Qəyyumlar Şurasının üzvü Robert Köçəryan qurumun icraçı direktorluğundan hesabat verməyi tələb etmişdi.