Rus mütəxəssislər: Bayraqdara qarşı müdafiə kompleksimiz varbackend

Rus mütəxəssislər: Bayraqdara qarşı müdafiə kompleksimiz var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyalı mütəxəssislər Türkiyə istehsalı olan “Bayraktar TB2” qarşısında gücsüz vəziyyətə düşən “Pantsir” və “Tor-M2KM” hava müdafiə sistemləri ilə bağlı açıqlama veriblər.

NOCOMMENT teleqraf-a istinadən xəbərb verir ki, Baykar-ın direktoru Haluk Bayraqdarın son açıqlaması rus mütəxəssislər tərəfindən etirazla qarşılanıb.

“Türkiyə Texnologiyaları Qrupu”nun həmtəsisçisi və İdarə Heyətinin sədri Haluk Bayraqdarın “Sonuncu dəfə Qarabağda qələbəni gördük. Orada 50-dən çox hava müdafiə sistemi,140-dan çox tank, yüzlərlə raket Pilotsuz Uçuş Aparatları (PUA) tərəfindən məhv edildi. PUA-lar bu baxımdan oyunu dəyişdirən sistemlərdir. “Bayraqdar TB2″ni bir saat belə dayandıra bilmədilər”, – açıqlamasına reaksiya göstərən rusiyalı hərbi mütəxəssis Viktor Murakovski bildirib ki, Rusiya “Bayraktar TB2” tipli dronları çökdürə biləcək komplekslərə sahibdir.

Qeyd edək ki, Suriya, Liviya və Qarabağda rus hava müdafiə sistemlərinə qarşı “Bayraktar TB2” dəfələrlə üstünlüyünü sübut edib.