Rusiya səfiri Moldova XİN-ə çağırıldıbackend

Rusiya səfiri Moldova XİN-ə çağırıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya səfiri Moldova Xarici İşlər Nazirliyinə çağırılıb.

NOCOMMENT TASS-a istinadla xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Buna səbəb ki, Rusiyanın Ukraynanı növbəti dəfə raket atəşinə tutması nəticəsində Moldovada elektriki enerjisi verilişinin kəsilməsidir.

Moldovanın xarici işlər və Avropaya inteqrasiya naziri Nikolae Popesku Rusiyanın Kişinyovdakı səfiri Oleq Vasnetsova respublikanın elektrik enerjisinin verilişində çərşənbə günü baş vermiş nasazlıqla bağlı etirazını çatdırıb.

Qeyd edək ki, bu gün Rusiya Ukrayna ərazisini kütləvi raket hücumuna məruz qoyub. Nəticədə Moldovanın bir hissəsində və Dnestryanı bölgədə elektrik enerjisi kəsilib.

Prezident Maya Sandu deyib ki, Rusiya Moldovanı uçuruma aparır: “Bizi qaranlıqda və soyuqda qoyan, insanları qəsdən öldürən bir rejimə etibar edə bilmərik”.