Rusiya sərhədindəki azərbaycanlıların acınacaqlı görüntüləri: Millət qırılır… – VİDEObackend

Rusiya sərhədindəki azərbaycanlıların acınacaqlı görüntüləri: Millət qırılır… – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, quru sərhədləri bağlı olduğundan Rusiyanın müxtəlif vilayətlərindən olan azərbaycanlılar öz vətənlərinə qayıda bilmədiklərindən sərhəddə qalıblar.

NOCOMMENT xəbər verir ki, E.Seyfullayev hadisə yerindən lentə aldığı və yeniavaz-ın redaksiyasına göndərdiyi kadrlarda acınacaql vəziyyəti əks etdirib.

O, mürciətində bildirib ki, insanların vəziyyəti heç də ürəkaçan deyil: “Millət burada qırılır, millət burada it günündədir, millətə burada yiyə duran yoxdur. Neçə yerə müraciət etmişik, heç bir xeyri yoxdur. Kimə də deyirik, bizə yiyə duran yoxdur. Səfirlik də bilir, nazirlik də bilir, hamısı bilirlər. Camaat gecə burada yatır”.

E.Seyfullayev göndərdiyi videoda Prezidentə müraciət ünvanlayıb: “Üzümüzü tuturuq bizim cənab Prezidentə. Bəlkə, bizə yazığı gələ, buraxa bizi vətənimizə. Yoxdur, bizə yiyə duran, yoxdur. Camaat elə gecə burada yatıb, burada da durur. Qarın, yağışın altındayıq. Millət qırılır burada. Neçəsini xəstəxanaya aparıblar. İt günündədir camaat”.