Rusiya sözdə pilotsuz təyyarə hücumundan bəhanə kimi istifadə etməməlidir – Aİbackend

Rusiya sözdə pilotsuz təyyarə hücumundan bəhanə kimi istifadə etməməlidir – Aİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell Aİ ölkələrinin inkişaf nazirlərinin görüşündən əvvəl Ukraynanın Rusiya prezidenti Vladimir Putinin Kremldəki iqamətgahına pilotsuz təyyarə ilə hücuma cəhd etməsi xəbəri ilə bağlı açıqlama verib.

NOCOMMENT.az xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenskinin ölkəsinin bu hücumlarla heç bir əlaqəsi olmadığını açıq şəkildə ifadə etdiyini deyən Borrell, Ukraynanın Rusiyaya qarşı özünü müdafiə etdiyini və Rusiya ərazisinə hücum etmədiyini bildirib.

“Biz Rusiyanı, Kremlin Ukrayna tərəfindən edildiyi sözdə pilotsuz təyyarə hücumundan müharibəni qızışdırmaq üçün bəhanə kimi istifadə etməməyə çağırırıq” deyə Borrel qeyd edib.

NOCOMMENT.AZ