Rusiyanın bu ərazisində temperatur – 61 dərəcəyə endibackend

Rusiyanın bu ərazisində temperatur – 61 dərəcəyə endi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada yerləşən Saxa Respublikasının (Yakutiya) ərazisində havanın temperaturu mənfi 61 dərəcəyə qədər enib.

NOCOMMENT.az xəbər verir ki, mənfi 61 dərəcə şaxta Jilinda kəndində qeydə alınıb.

Bununla yanaşı, respublikanın 9 rayonunda havanın temperaturu mənfi 45 dərəcəyə çatıb. Yakutiyanın şimal-qərb və şimal-şərq hissələrində isə gecələr mənfi 50 dərəcə müşahidə edilir.

Yakutiyanın paytaxtı Yakutskda isə temperatur mənfi 42 dərəcə şaxta təşkil etdiyindən orta məktəblərdə təhsil distant formata keçirilib.