Rusiyaya qarşı 11-ci sanksiyalar paketi hazırlanırbackend

Rusiyaya qarşı 11-ci sanksiyalar paketi hazırlanır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Leyen, Rusiya üçün hazırlanan 11-ci paketin sanksiyaların pozulmasının və ya yayınmasının qarşısını alacaq yeni elementlərin yer alacağını bildirib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Ursula fon der Leyen Avropa İttifaqının sədri Şarl Mişellə birgə Brüsseldə Aİ Liderlər Sammitinin ilk gün sessiyalarının sonunda təşkil olunan mətbuat konfransında açıqlama verib.

Sanksiyaların pozulduğunu və mövcud sanksiyalardakı boşluqların getdikcə ciddiləşdiyini qeyd edən Leyen,“Biz sanksiya tətbiq etdiyimiz zaman qarşı tərəf sanksiyalardan qaçmaq və onları sarsıtmaq üçün bütün yolları sınayır” dedi.

Leyen Aİ-nin 10-cu sanksiya paketində bu tədbirləri pozan üçüncü ölkələrdəki şəxslər, şirkətlər və ya təşkilatların siyahıya alınma fürsəti gətirdiklərini xatırlatdı.

NOCOMMENT.AZ