Vitamin B tərkibli qarpız gün ərzində enerjini qoruyur, qan dövranını sürətləndirir, zərərli maddələri damarlarınızdan uzaqlaşdırır, xolesterol səviyyəsinin yüksəlməsinə maneə olur.
NOCOMMENT.az xəbər verir ki, ABŞ-da Milli Xərçəng İnstitutunun etdiyi araşdırmaya görə, qarpızdakı likopenin prostat xərçəngi hüceyrələrinin yayılmasının azaltmağa kömək etdiyi bildirilib.
A, C vitaminləri və beta-karotinlə zəngin olan qarpız bədəndə xərçəng hüceyrələri ilə mübarizə apararaq, xəstəliyin yaranmasının qarşısını alır. Kalium və maqneziumla zəngin olan qarpızı ara yemək kimi də seçə bilərsiniz.
Meyvələr vitamin və minerallarla zəngin olsa da şəkər səviyyəsinin yüksək olduğunu unutmayın. Mütəxəssislər bildirir ki, yayda ən çox istehlak edilən qarpız yüksək miqdarda şəkər ehtiva edir. Məhz buna görə də bu dadlı meyvəni istehlak edərkən miqdarına diqqət edilməlidir. Xüsusən diabet xəstələri qarpızın yanında mütləq süd, qatıq, ayran,pendir kimi protein tərkibli qidalar istehlak etməlidirlər.
Mütəxəssislərin sözlərinə görə qarpız qəlyanaltı olaraq seçilə bilər. Ancaq əsas yemək kimi meyvəyə üstünlük verilməsi düzgün deyil.












