Yanğın çıxarma xəstəliyi : Piromaniya nədir?

Yanğın çıxarma xəstəliyi : Piromaniya nədir?

Diaqnozu çətin qoyulan psixi xəstəlik olan piromaniya yanğın çıxarma xəstəliyi kimi tanınır. Araşdırmalara görə piromaniya xəstəliyinin kökündə bir sıra psixoloji xəstəliklər də dayanır.

NOCOMMENT.az xəbər verir ki, əsasən uşaqlıq dönəmindən başlayan piromaniya olduqca ciddi bir xəstəlikdir. Bu vəziyyət dəfələrlə istəkli və şüurlu şəkildə yanğın çıxarma istəyi kimi açıqlanır.

Piromaniya xəstəliyinə qadınlardan çox kişilərdə rast gəlinir. Bu psixoloji xəstəlikdən əziyyət çəkənlər adətən çıxardıqları yanğından sonra çox vaxt özlərini xoşbəxt hiss edərək gərginlikləri azalır, kədərlənmirlər və peşman olmurlar.

Piromaniya xəstələrində uşaq yaşlarından evdən qaçmaq, məktəbdən qaçmaq, vəzifə laqeydliyi kimi hallar görülür. Bu insanları erkən dövrdən müalicə etmək lazımdır.

Aparılan araşdırmalara görə bu xəstələrdə aşağı zəka, yuxuda sidik qaçırma, əsəb idarəsi və antisosyal davranış pozğunluqları müşahidə edilib.

Bildirilir ki, psixoloji travmalar və cinsi problemlər piromaniyanın səbəblərindəndir. Adətən bu xəstəlikdən əziyyət çəkənlər aqressivdirlər və davamlı özlərini təzyiq altında hiss edirlər.

Qısaca Piromaniya xəstəliyinin əsas səbəbləri:

Alkoqol zəhərlənməsi

Cinsi problemlər

Ortalamanın altında aşağı zəka

Travmatik təcrübələr

Əsəbi idarə edə bilməmə.