Sarkisyandan şok iddia: Paşinyandan əvvəl Köçəryan…backend

Sarkisyandan şok iddia: Paşinyandan əvvəl Köçəryan…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qarabağı “xilas” etmək üçün gedib Qarabağda yaşamaq lazımdır, üç-beş nəfərlə İrəvanda etiraz etməklə heç nəyə nail olmaq mümkün deyil”.

NOCOMMENT teleqraf-a istinadən xəbər verir ki, bunu müxalifətin hakimiyyət əleyhinə mitinqlərinə münasibət bildirən “Respublika” partiyasının lideri Aram Sarkisyan deyib.

Sarkisyan İrəvanın mərkəzində “Qarabağ” şüarı səsləndirənləri anlamadığını söyləyib.

Onun sözlərinə görə, müxalifət dünya tərəfindən qəbul edilən hər hansı siyasi kontekstdən danışmır: “Əgər mitinq keçirən siyasi qüvvənin cəmiyyətə deyəcək sözü varsa, deməli, həm də dünyaya deyəcək sözü var. Bəs dünyaya nə deyirlər? Onlar küçədə fəaliyyət göstərən anlaşılmaz, marjinal qrupdur. “Hüquqlar”ını dilə gətirməklə, hər kəsin hüququnu pozmaqla dövlətlərarası yolu bağlayır, İrəvanın mərkəzini bağlayır, insanları əsəbiləşdirirlər”.

Sarkisyanın fikrincə, müxalifətdə hakimiyyətə gəlmək istəyən varsa, Türkiyə ilə danışıqlara gedəcəyini açıq şəkildə dərk etməlidir: “Robert Köçəryan və Serj Sarkisyanın da gündəmində bu var idi.

İndi türkçülüyü təhqir kimi görürlər. Bəs özləri Türkiyə ilə danışıqları necə təsəvvür edirlər? Onda danışıq aparanlar türk deyildi, indi türk oldu? Onlardan başqa kim danışıqlara gedirsə, “türk” deyirlər. Kim desə ki, danışıqlar apardıq, heç bir şərt irəli sürülmədi, bu yalandır”.

Sarkisyan bildirib ki, Ermənistan müxalifəti tamamilə reallıqdan qopub, fırıldaqçılıqla məşğuldur: “Hamımız bilirik ki, bir inqilab üçün artan tendensiyalı 100-150 min insan lazımdır. Nikol Paşinyanın 2018-ci ildə rəhbərlik etdiyi mitinqlərdə bu qədər adam vardı. İndi belə bir durum yoxdur. Cəmi 10-12 min adam toplaya biliblər. Bununla hakimiyyət dəyişikliyini istəmək gülüncdür. İndi, məsələn, oliqarx Samvel Aleksanyan istəsə, sabah 12 min adama əlavə maaş verib küçələrə çıxaracaq. Bəs bu olsa, hakimiyyət dəyişəcəkmi? Bu mümkün deyil”.