Azərbaycanda 438 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.
İndiyədək ölkədə ümumilikdə 11 767 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 6 325 nəfər müalicə olunaraq sağalıb, 143 nəfər vəfat edib, 5 299 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Qeyd olunub ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.










