Azərbaycanda 491 nəfər koronavirusa yoluxub, 6 nəfər vəfat edib

Azərbaycanda 491 nəfər koronavirusa yoluxub, 6 nəfər vəfat edib

Azərbaycanda 491 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 283 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

Bu barədə NOCOMMENT.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Azərbaycanda indiyədək koronavirus infeksiyasına yoluxanların, infeksiyadan sağalanların və ölənlərin sayı açıqlanıb.

İndiyədək ölkədə ümumilikdə 12 729 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 6 799 nəfər müalicə olunaraq sağalıb, 154 nəfər vəfat edib, 5 776 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.