Azərbaycanda daha 367 nəfər koronavirusa yoluxub, 3 nəfər vəfat edib

Azərbaycanda daha 367 nəfər koronavirusa yoluxub, 3 nəfər vəfat edib

Azərbaycanda 367 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 156 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə NOCOMMENT.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Hazırkı dövrədək ölkəmizdə 10 324 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 5 739 nəfər müalicə olunaraq sağalıb, 122 nəfər vəfat edib.

Qeyd olunub ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.