Deputata məxsus olduğu deyilən şirkət 35 milyonluq tenderi uddu

Deputata məxsus olduğu deyilən şirkət 35 milyonluq tenderi uddu

Milli Onkologiya Mərkəzi kimyəvi dərman preparatları, laborator reagentlər, sərf materialları və sarğı ləvazimatları alacaq.

NOCOMMENT.az xəbər verir ki, bunun üçün "Azərimed" MMC-ə 34 milyon 961 min 987 manat ödəniləcək.

Qeyd edək ki, “Azeri Med” 2 iyul 2004-cü ildə QSC kimi qeydiyyata alınıb. Bu ildən şirkət təşkilati-hüquqi formasını dəyişərək MMC olub. Şirkətin nizamnamə kapitalı 8 255 510 manat, qanuni təmsilçisi isə Famil Rəhimlidir.

Mediada yayılan məlumatlarda isə, şirkətin deputat Kamaləddin Qafarova məxsus olduğu əks olunur.

Əlavə olaraq bildirək ki, "Azərimed" MMC səhiyyə sahəsi üzrə keçirilən bir çox tenderlərin qalibidir. Belə ki, 2025-ci ilin əvvəlindən şirkət təqribən 15 tenderin qalibi olub. Bunlardan təqribən 4-ü Milli Onkologiya Mərkəzinin keçirdiyi tenderlərdir. Bu tenderlərin isə ümumi dəyəri 75 milyon manatdan yuxarıdır. (Plat.az)