Azərbaycanda 400 mindən artıq koronavirusla əlaqədar testlər aparılıb.
NOCOMMENT.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
Onun sözlərinə görə hazırda 5 000 nəfərə yaxın aktiv xəstə var. Onlardan 157 nəfər reanimasiya şöbəsində müalicə alır, 30 nəfəri süni tənəffüs aparatına qoşulmuş vəziyyətdədir.











