İşğaldan azad edildikdən sonra Şuşa şəhərində qurulan Modul Tipli Xəstəxanada ilk körpə dünyaya gəlib.
NOCOMMENT.az xəbər verir ki, TƏBİB-dən APA-ya verilən məlumata görə, Şuşa sakini, 1990-ci il təvəllüdlü Təranə Xamıyevanın dünyaya gətirdiyi ilk körpəsi qız övladıdır.
Doğulan körpənin çəkisi 3,200 qr., boyu 54 sm. olub.
Doğuş həkim-mama-ginekoloq Təranə Həsənova tərəfindən uğurla icra olunub.
Hazırda anaya və körpəyə zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir, vəziyyətləri qənaətbəxşdir.












