SEPAH-ın iki yüksək rütbəli kəşfiyyatçısı MƏHV EDİLDİbackend

SEPAH-ın iki yüksək rütbəli kəşfiyyatçısı MƏHV EDİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Martın 14-də İsrail Hərbi Hava Qüvvələri hərbi kəşfiyyatla koordinasiyalı şəkildə Tehrana dəqiq zərbə endirib. Ordu mətbuat xidmətinin məlumatına görə, əməliyyat nəticəsində Abdulla Cəlali-Nəsəb və Əmir Şəriət öldürülüb.

NOCOMMENT.az xəbər verir ki, ÇAXAL-ın məlumatına görə, həlak olan şəxslər birbaşa İranın ali liderinə tabe olan “Xatəm əl-Ənbiya” qərargahının kəşfiyyat idarəsində yüksək vəzifələr tutublar.

Onlar fevralın 28-də “Şirin nəriltisi” (Lion’s Roar) əməliyyatının ilk günündə sələfləri Saleh Əsədinin məhv edilməsindən sonra rəhbər vəzifələrin icraçısı təyin edilmişdilər.

Sara,
NOCOMMENT.az