Sərhəd missiyası: Rusiya və Fransanın gizli iş birliyibackend

Sərhəd missiyası: Rusiya və Fransanın gizli iş birliyi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rəsmi Moskva Avropa İttifaqının Ermənistan-Azərbaycan sərhədinə mülki missiya göndərməsinə qarşıdır. Bunu Rusiya Xairici İşlər Nazirliyinin səlahiyyətli nümayəndəsi Mariya Zaxarova ötən gün keçirdiyi brifinqdə bildirib.

XİN rəsmisi Avropa İttifaqına üzv ölkələrin səfirlərinin Ermənistana mülki missiya göndərmək qərarına etiraz edərək, bu addımın Rusiyanın vasitəçilik səylərinə qarşı yönəldiyini söyləyib.

“Biz Avropa İttifaqının mülki missiyasına təəssüflər olsun ki, bu təşkilatın Bakı ilə İrəvan arasında münasibətlərin nizamlanmasına mane olmaq, Rusiyanın vasitəçilik səylərini məhdudlaşdırmaq cəhdi kimi baxırıq”, – deyə Zaxarova bildirib.

XİN sözçüsü, həmçinin qeyd edib ki, Bakı ilə İrəvanın barışmasının, regionda dayanıqlı sülhün və uzunmüddətli sabitliyin bərqərar olmasının yeganə yolu Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatlarının tam şəkildə həyata keçirilməsidir.

Rusiyanın etirazı nədən xəbər verir?

NOCOMMENT xəbər verir ki, Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfürqarov Rusiyanın Avropa İttifaqı missiyasına qarşı çıxmasının səbəblərini modern-ə şərh edib. Onun fikrincə, Rusiyanın mövqeyi Azərbaycanı maraqlandırır. Burada əsas məsələ Qərb-Rusiya arasındakı mövcud qarşıdurmadır.

Eks-nazirin fikrincə, Azərbaycan-Ermənistan məsələsində Rusiyanın Qərbdən bəzi istəkləri var: “Rusiya indiki mərhələdə beynəlxalq qurumlar tərəfindən müzakirə olunan mövzuların çoxundan təcrid edilib. Digər yandan biz Minsk qrupundan imtina etmişik. Rusiya isə bundan qıcıqlanır. Rusiya regiondakı proseslərdən izolyasiya olmaq istəmir. Misal üçün, Rusiya hələ də İranın nüvə planı ilə bağlı danışıqlarda iştirakçıdır. Rusiya regionda həyata keçiriləcək bu prosesdə də Qərbin onunla birgə hərəkət etməsini istəyir. Yəni Rusiya hesab edir ki, bu regionda iş görmək istəyən ölkə onunla əməkdaşlıq etməyə məcburdur”.

T.Zülfüqarov hesab edir ki, Rusiya Minsk qrupu çərçivəsində əvvəlki əməkdaşlığı davam etdirmək niyyətindədir: “Bununla bağlı istər-istəməz qeyri-rəsmi danışıqların gedəcəyi istisna deyil. Çünki biz bilirik ki, Fransanın Rusiyaya olan münasibəti digər Avropa ölkələrindən fərqlənir. Bu məqamda Fransa Prezidenti Emmanuel Makronun 2020-ci ildə verdiyi bəyanatı xatırlatmaq yerinə düşər. Makron bəyanatında bildirmişdi ki, əgər Qarabağda nəsə etmək istəyiriksə, bunu Rusiya ilə əməkdaşlıq çərçivəsində etməyə məcburuq. Burada ikili oyun ola bilər. Yəni üzdə bir-biriləri ilə anlaşmasalar da, hər iki tərəf işləri bir yerdə aparmağa çalışacaq. İki tərəfin də bunda maraqlı olacağı istisna edilmir”.