Serj Sarkisyanın müavini həbs edildibackend

Serj Sarkisyanın müavini həbs edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın rəhbərlik etdiyi Respublika Partiyasının sədr müavini Armen Aşotyan həbs edilib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə onun vəkili Tiqran Atanesyan məhkəmə iclasından dərhal sonra məlumat verib.

O, iki ay müddətinə azadlıqdan məhrum edilib. Aşotyan hökmlə razılaşmır və qərardan Apellyasiya Məhkəməsinə şikayət vermək niyyətindədir.

Xatırladaq ki, Armen Aşotyan iyunun 15-də saxlanılıb. O, İrəvan Tibb Universitetinə ​​məxsus təxminən 100 min ABŞ dolları məbləğində əmlakı mənimsəməkdə ittiham olunur.