Şeyxin qudası: Rəsul Quliyev Vətən xainidir, Hafiz Hacıyev də ondan geri qalmırbackend

Şeyxin qudası: Rəsul Quliyev Vətən xainidir, Hafiz Hacıyev də ondan geri qalmır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hafiz Hacıyev Şeyx Allahşükür Paşazadə ilə bağlı absurd açıqlamalar verir, deyir guya o, İranın, Rusiyanın agentidir. İranın da, Rusiyanın da bir nömrəli agenti elə Hafiz Hacıyevdir. Hafiz Hacıyev 1990-cı ildəki 20 yanvar hadisələrində harada idi? Kimin arxasında gizlənmişdi? Rəsul Quliyev də Şeyxlə bağlı mənasız ittihamlar irəli sürür. Bəs Rəsul Quliyev o hadisələr zamanı harada idi? Onların hamısı eyni yerdən idarə olunur və onların fikirləri dövlətə qarşı təxribatdır”.

NOCOMMENT xəbər verir ki, bu fikirləri demokrat-a açıqlamasında Allahşükür Paşazadənin qudası, sabiq deputat Hacı Qalib Salahzadə bildirib.

O, Hafiz Hacıyevlə Rəsul Quliyevin Şeyx barədə ittihamlarına münasibət bildirib: “Hər zaman demişəm, sözümün üstündə qalıram, Rəsul Quliyev Vətən xainidir, Hafiz Hacıyev də ondan geri qalmır. Onların məqsədi ölkənin dini rəhbərini nüfuzdan salmaqdır. Belə fikir yaratmaq istəyirlər ki, onlar idarəetmədə olsalar, daha yaxşı olacaq. Hafiz Hacıyev “Azərbalıq” Dövlət Balıqçılıq Təsərrüfatı Konserninin sədri vəzifəsində çalışıb, məqsədi də nazir olmaq idi.

Mənim həmin vaxt 16 gəmim vardı. Bilgəhə gəlib, bizimlə iş görmək istədiyini bildirdi. Həmin vaxt bizim işlərə Adil Mirqasımoğlu rəhbərlik edirdi. H.Hacıyev mənimlə birbaşa söhbət edə bilmirdi, ona görə Adil Mirqasımoğlu ilə danışdı. İkranı bizdən aşağı qiymətə alıb, dəfələrlə baha qiymətə dövlətə satırdı. Tək bizdən yox, Abşeron sahillərində balıq vətəgələrindən alıb, yüksək qiymətə dövlətə satırdı, deyirdi ki, guya 55 ton ikra yığıb. Bu yolla hər kəsi aldadırdı ki, guya balıq tutur, ikra toplayır. Amma onun nə balıqçısı vardı, nə də başqa şəraiti.

Onun bu fırıldağının üstü açılanda Adil Mirqasımoğlunu günahlandırdı ki, guya ondan alıb, qarşılığında pul verib. Adil Mirqasımoğlunun anası gəlib xahiş etdi, mən də onda baş prokuror olan Eldar Həsənova müraciət etdim, onu buraxdılar. Onun işini də hazırda ədliyyə nazirinin müavini olan Vilayət Zahirov aparırdı. Nə Eldar Həsənova, nə də Vilayət Zahirova bir qəpik belə vermədən, o, əfv olundu”.

Q.Salahzadə bildirir ki, H.Hacıyev və R. Quliyev müxtəlif işlərdə qanunsuzluq ediblər: “Bunu niyə deyirəm? Çünki onlar elə danışırlar ki, guya aydan arı, sudan durudurlar. Rəsul Quliyev təkcə bir işdə 48 milyon dollar pul götürüb. Onlar bütün bu faktları ört-basdır edirlər. 1990-cı il hadisələrində rayonlardan vətəndaşların gəlməsinə icazə verilmirdi. Amma onda Şeyxin sözü ilə hamı bir yerə yığışdı, şəhidlərimizi dəfn edə bildik. Bunları edən Şeyx olub. Bəs o, buları edərkən, Hafiz Hacıyevlə Rəsul Quliyev harada idi?

Mən onda onları görmədim, amma Şeyxin etdikləri gözümün qarşısında olub. Bu işlərə Şeyx rəhbərlik edirdi. Qorbaçova layiqli cavab verən də Şeyx olub. Azərbaycanda elə bir şəxs qalıb ki, onların arxasınca danışmasınlar? İranın agenti elə onlardır. Onların məqsədi dövlətçiliyi zədələməkdir”.