Şimali Koreya ABŞ-ı təhdid etdi: Düşmən siyasət…backend

Şimali Koreya ABŞ-ı təhdid etdi: Düşmən siyasət…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Co Baydenin Pxenyanı nüvə proqramı ilə bağlı ciddi təhdid etməsi böyük səhvdir.

NOCOMMENT.az Axar.az-a istinadən xəbər verir ki, bunu Şimali Koreya Xarici İşlər Nazirliyinin ABŞ məsələləri üzrə nümayəndəsi Kvon Yonq Qun deyib.

“Baydenin açıqlamaları ABŞ-ın Şimali Koreyaya qarşı düşmən siyasət yeritməyə niyyətli olduğunu göstərir. ABŞ nəzarət edə bilməyəcəyi daha pis böhranla üz-üzə qalacaq”, – Qun bildirib.

Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden Şimali Koreyanın nüvə proqramını qlobal təhlükəsizlik üçün ciddi təhdid adlandırmışdı.