Aktiv döyüş əməliyyatları 2-3 həftəyə başa çata bilər

Aktiv döyüş əməliyyatları 2-3 həftəyə başa çata bilər

“Ukraynada rus işğalçıları ilə aktiv döyüşlər iki-üç həftəyə başa çata bilər”.

NOCOMMENT xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Oleksiy Arestoviç deyib.

Onun sözlərinə görə, aktiv döyüşlər tezliklə başa çata bilər, çünki düşmənin onlarla mübarizə aparacaq heç bir şeyi olmayacaq: “Onlar tükənənə qədər irəliləyəcəklər və çox tez tükənəcəklər. Aktiv döyüşləri dayandırmaq üçün iki-üç həftə vaxt verirəm, çünki heç bir şey olmayacaq. Beş gün ərzində baş verənlər, baş verəcəklərin kiçik bir modelidir”.