Ali Rada: Onlarla deputat Ukraynadan qaçıb

Ali Rada: Onlarla deputat Ukraynadan qaçıb

Ukrayna Ali Radasının iyirmiyə qədər deputatı müharibə dövründə ölkəni tərk edib. Bu şəxslərin hamısının adı Ukrayna Təhlükəsizlik Xidmətinə bəllidir.

NOCOMMENT teleqraf-a istinadən xəbər verir ki, bunu Ali Rada sədrinin birinci müavini Aleksandr Korniyenko deyib.

O əlavə edib ki, Ukraynanı tərk edən deputatlarla bağlı müxtəlif rəqəmlər var: “İndi dəqiqləşdirməyəcəyəm. 20-yə yaxın və ya 20-dən çox xalq deputatı Ukraynada yoxdur”.

Vitse-spiker əlavə edib ki, 9 deputat hazırda Avropa Şurasında ezamiyyətdədir.

“Qaçaq xalq deputatlarının adları Ukrayna Təhlükəsizlik Xidmətinə məlumdur. Departament onlarla əməkdaşlar haqqında qanun qüvvəyə minən kimi məşğul olacaq”, – deyə Ali Radanın sədr müavini əlavə edib.

Bundan əvvəl Radanın sədri Ruslan Stefançuk Ukrayna ərazisini tərk edən xalq deputatlarının satqın hesab ediləcəyini bildirib.