Azərbaycanın Türkiyədəki səfirliyi Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı paylaşım edib.
NOCOMMENT.az xəbər verir ki, bununla bağlı Səfirliyin “X” platformasında paylaşım olunub.
“Xocalı soyqırımının 34-cü ildönümündə soyqırımı qurbanlarını, ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən bütün şəhidlərimizin əziz xatirəsini dərin ehtiram, rəhmət və minnətdarlıqla anırıq”, – deyə qeyd olunub.












