İyulun 6-da ölkə ərazisində qeydə alınan 32, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
DİN-in Mətbuat Xidmətindən NOCOMMENT.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 65, o cümlədən borclu şəxs qismində axtarışda olan 46 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 9, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 8 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb.












