Ərdoğanın Trampla görüşünün zamanı açıqlandı

Ərdoğanın Trampla görüşünün zamanı açıqlandı

Ankarada keçirilən və alyansın 32 üzv ölkəsinin dövlət və hökumət başçılarını, 100-ə yaxın naziri, eləcə də çoxsaylı diplomatları bir araya gətirən sammitin əsas müzakirə mövzuları Ukraynadakı vəziyyət və alyansın cənub cinahındakı təhlükəsizlik məsələləridir.

NOCOMMENT.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu tədbir çərçivəsində bir sıra mühüm danışıqlar aparacaq.

Proqrama əsasən, Prezident Ərdoğan saat 12:00-da Kanadanın Baş naziri Mark Karni, saat 13:30-da isə Finlandiya Prezidenti Aleksandr Stubb ilə ikitərəfli görüşlər keçirəcək. Günün ən diqqət çəkən məqamlarından biri saat 16:00-da ABŞ Prezidenti Donald Trampın rəsmi qarşılanma mərasimi olacaq və liderlərin bu görüşdə regional və beynəlxalq gündəliyi müzakirə edəcəyi gözlənilir. Axşam saat 20:30-da isə Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan sammit iştirakçıları və onların həyat yoldaşlarının şərəfinə rəsmi ziyafət verəcəklər.

Qeyd edək ki, sammitin yüksək səviyyədə təhlükəsizliyini təmin etmək üçün Ankara şəhərində 10 minlərlə polis əməkdaşı xüsusi xidmət rejiminə keçib.

Sara,
NOCOMMENT.az