Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutub.
Azərbaycan Xarici İşlər Nazirliyindən NOCOMMENT-ə verilən məlumata görə, Ceyhun Bayramov həmkarının COVID-19 testinin pozitiv çıxması xəbərini təəssüflə qarşıladığını bildirib və onun tez bir zamanda tam sağalmasını diləyib.
Nazir, həmçinin qısa müddətdə Mövlud Çavuşoğlunu Azərbaycanda səfərdə görməkdən məmnun olacağını ifadə edib.
Xatırladaq ki, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün koronavirusa yoluxduğu açıqlayıb.












