Biz buna hazırıq – Paşinyan

Biz buna hazırıq – Paşinyan

“Ermənistan Avrasiya İqtisadi İttifaqı çərçivəsində ümumi qaz bazarının işləməsi üçün konstruktiv dialoqa hazırdır”.

NOCOMMENT Modern.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə keçirilən iclasında çıxış edərkən deyib.

“Bazarın vaxtlı-vaxtında işləməsi əlverişli və qarşılıqlı faydalı ticarət şərtlərinin formalaşmasına kömək edəcək. Üzv dövlətlərin beynəlxalq bazarda enerji təhlükəsizliyinin və rəqabət qabiliyyətinin artırılmasını təmin edəcək”, – deyə Ermənistanın baş naziri qeyd edib.