Bu gün Çexiyanın Baş naziri Petr Fiala, Slovakiyanın hökumət başçısı Yanez Yanşa və Polşanın Baş naziri Mateuş Moravetski Ukrayna paytaxtı Kiyevə səfər edəcək.
NOCOMMENT report-a istinadən xəbər verir ki, istinadən xəbər verir ki, bunu P.Fiala tviterdə yazıb.
Liderlər Avropa İttifaqının missiyası kimi Kiyevə baş çəkəcəklər.
“Səfərin məqsədi Avropa İttifaqının Ukraynaya, onun azadlığına və müstəqilliyinə qeyd-şərtsiz dəstəyini ifadə etməkdir”, – deyə hökumət başçısı bildirib.
Üç ölkənin Baş nazirləri ilə yanaşı Polşa Baş nazirinin təhlükəsizlik məsələləri üzrə müavini, mühafizəkar hakim partiyanın lideri Yaroslav Kaçinski də Kiyevə gedəcək.












