Bu, İran rejiminin süqutu deməkdir – Şok açıqlama

Bu, İran rejiminin süqutu deməkdir – Şok açıqlama

“İranın Naxçıvan aeroportunu vurması qırmızı xətti keçməkdir”.

Bunu NOCONMENT.az-a politoloq Məhəmməd Əsədullazadə deyib.

“Azərbaycan İrana qarşı hazırkı prosesdə tam təmkinli və neytral qaldı. Amma, İran Azərbaycanı da hədəf alır. Ümid edirik ki, bu, səhvən olub. Azərbaycandan İrana qarşı hərhansı bir təhdid yoxdur. Dövlət başçısı daima bunu İranın nəzərinə çatdırıb. Bundan sonra da Azərbaycan İranla bağlı siyasətində əvvəlki siyasətini davam etdirəcək. Amma, İran Azərbaycani təhdid edərsə, rəsmi Bakının mövqeyi dəyişə bilər.
İran rejimi artıq öz süqutunu yaxınlaşdırır”, – politoloq yekunlaşdırıb.