Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub.
NOCOMMENT türk mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.
Məlumatda qeyd olunub ki, danışıq zamanı Ukraynadaki son yeniliklər, mövcud humanitar vəziyyət müzakirə edilib.
Həmçinin, danışığın əsas mövzularından biri də İstanbulda keçiriləcək Rusiya-Ukrayna görüşü olub.












