Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiyaya səfər edib.
NOCOMMENT xəbər verir ki, bu barədə Türkiyənin xarici siyasət idarəsinin rəhbəri tviter hesabında bildirib.
“Antalya forumundan sonra Ukrayna böhranını həll etmək üçün diplomatik fəaliyyətimizi davam etdirmək məqsədilə Moskvadayıq”, – deyə Çavuşoğlu sosial şəbəkədə yazıb.












