Ceyhun Bayramov: Ermənistan cəzasız qalmamalıdır

Ceyhun Bayramov: Ermənistan cəzasız qalmamalıdır

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib.

NOCOMMENT xəbər verir ki, nazir bu barədə tviter səhifəsində yazıb.

“31 mart – Azərbaycanlıların Soyqırımı Günündə mart qırğınının qurbanlarını yad edir və bu cür qeyri-insani cinayətlərin təkrarlanmaması üçün Ermənistanın cəzasızlığına son qoymağın vacibliyini bir daha bildiririk. Mart qırğınının günahsız qurbanlarını hüznlə və rəhmətlə anırıq”, – deyə C.Bayramov bildirib.