Xəbər verdiyimiz kimi, Milli Məclisin deputatları Tahir Mirkişili və Soltan Məmmədov Avronest Parlament Assambleyasının komitə iclasında iştirak etmək üçün Ermənistanın paytaxtında səfərdədirlər.
Modern.az-ın məlumatına görə, ilk dəfə Ermənistana səfər edən millət vəkili Soltan Məmmədov sosial şəbəkə hesabında İrəvandan post paylaşıb.
“İrəvandan dünya azərbaycanlılarına salamlar! Su çərşənbəniz mubarək olsun!!!”, – deyə parlamentari bildirib.














