“Hökumət üzvləri telefonları götürmürlər. Cənab Baş nazir, elə nazirlər var ki, bizim zənglərimizə cavab vermirlər, telefonları götürmürlər”.
NOCOMMENT-in xəbərinə görə, bunu Milli Məclisin deputatı Tahir Kərimli parlamentin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, bələdiyyələrə kredit ayrılmalıdır.
“Xahiş edirəm ki, şəhidlərin adının məktəblərə verilməsi ilə bağlı sənədlərə də dəyişiklik edilsin”, – deyə o əlavə edib.












