Ərdoğan iclas keçirir: Ermənistanla münasibətlər də gündəlikdədir

Ərdoğan iclas keçirir: Ermənistanla münasibətlər də gündəlikdədir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Nazirlər Kabinetinin iclası başlayıb.

NOCOMMENT report-a istinadən xəbər verir ki, toplantının əsas mövzularından biri Ermənistanla diplomatik əlaqələrin bərpasıdır.

Bundan başqa, terrorla mübarizə, Rusiya-Ukrayna gərginliyi və digər məsələlər barədə də fikir mübadiləsi aparılır.

Qeyd edək ki, Nazirlər Kabinetinin sonuncu iclası iki həftə əvvəl keçirilmişdi.