İsrail Prezidenti İskak Hersoq Türkiyədə rəsmi səfərdədir.
NOCOMMENT türk mediasına istinadən xəbər verir ki, İsrail lideri paytaxt Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla təkbətək görüş keçirib. Görüşün detalları hələlik mətbuata açıqlanmayıb. Liderlərin iştirakı ilə mətbuat konfransının keçirilməsi gözlənilir.
Səfər çərçivəsində İshak Hersoqun Türk-yəhudi icmasının nümayəndələri ilə də görüşü nəzərdə tutulub.
Qeyd edək ki, İshak Hersoq 2008-ci ildən bəri Türkiyəyə səfər edən ilk İsrail prezidentidir.












