Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna Prezidenti Vladimir Zelenski ilə telefonla danışıb.
“NOCOMMENT” xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Görüş zamanı Rusiya-Ukrayna müharibəsindəki son hadisələr və danışıqlar prosesi ilə bağlı məsələlər müzakirə edilib.
Rəcəb Tayyib Ərdoğan görüşdə vəziyyətin gündən-günə daha da acınacaqlı hal aldığını, Mariupolda yaralıların və mülki şəxslərin təxliyəsinin təmin edilməli olduğunu bildirib.
Əllərindən gələn hər cür yardımı göstərməyə və vasitəçilik də daxil olmaqla lazımi dəstəyi verməyə hazır olduqlarını ifadə edən Ərdoğan Ukraynanın təhlükəsizliyinə zəmanət məsələsinə də prinsipial olaraq müsbət baxdıqlarını dilə gətirib.












