Erməni deputat Qarabağla bağlı təklifinə görə təpki ilə üzləşdi

Erməni deputat Qarabağla bağlı təklifinə görə təpki ilə üzləşdi

Ermənistanda hakim “Vətəndaş Müqaviləsi” partiyasının nümayəndəsi, Ermənistan parlamentinin beynəlxalq münasibətlər daimi komissiyasının sədri Eduard Ağacanyan Qarabağın Azərbaycanın tərkibində statusunun müzakirəsini təklif edib.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, onun erməni nəşrinə müsahibəsindən sonra Ağacanyana qarşı böyük bir təpki yaranıb.

Daha sonra erməni siyasətçi özünün feysbuk səhifəsində bu barədə səsləndirdiyi fikirlərin təhrif olunduğunu bildirib.