Ermənistan Ceyhun Bayramova cavab verdi

Ermənistan Ceyhun Bayramova cavab verdi

Ermənistan Xarici İşlər Nazirliyi bəyanat yayaraq Azərbaycan Respublikasının təkliflərinə münasibət bildirib.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, rəsmi İrəvan BMT Nizamnaməsi, Siyasi və Mülki Hüquqlar üzrə Beynəlxalq Pakt və Helsinki Yekun Aktı əsasında Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sülh müqaviləsinin bağlanması üzrə danışıqların təşkili üçün ATƏT-in Minsk Qrupunun həmsədrliyinə müraciət edib.

Xatırladaq ki, Azərbaycan xarici işlər nazir Antalya Diplomatiya Forumunda rəsmi Bakının Ermənistanla sülh sazişi imzalamağa hazır olduğunu bir daha bəyan etmiş və 5 maddədən ibarət təklif irəli sürüldüyünü bildirmişdi.