Ermənistan üzərinə düşən öhdəliyi təsdiqlədi – Tezliklə dəmiryolu çəkiləcək

Ermənistan üzərinə düşən öhdəliyi təsdiqlədi – Tezliklə dəmiryolu çəkiləcək

Xəbər verdiyimiz kimi, dekabrın 14-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə birgə görüşü keçirilib.

NOCOMMENT-in məlumatına görə, görüşdə kommunikasiya və nəqliyyat xətlərinin açılması məsələsi geniş müzakirə olunub.

Belə ki, Ermənistan tərəfi öz ərazisindən dəmiryolu xəttinin çəkilməsi ilə bağlı üzərinə düşən öhdəliyi təsdiq edib. Bildirilib ki, Ermənistan dəmiryolunun çəkilişinə tezliklə start verəcək.