Rusiyada Ermənistan istehsalı olan bəzi alkoqollu içkilərin satışına qadağa qoyulub.
NOCOMMENT.az Rusiya mediasına istinadən verdiyi məlumata görə, qərar “Rospotrebnadzor” tərəfindən qəbul edilib. Qurumun açıqlamasında bildirilib ki, Ermənistanın “Vedi-Alko”, “Abovyan Konyak Zavodu” və “Şahnazaryan Şərab-Konyak Evi” şirkətlərinə məxsus konyak və şərab məhsullarının Rusiyada satışı dayandırılıb.
Məlumata əsasən, sözügedən məhsulların satışdan yığışdırılması nəzarət tədbirləri çərçivəsində həyata keçirilib. Qadağanın səbəbləri ilə bağlı isə hələlik ətraflı açıqlama verilməyib.












