Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bu gün Türkiyəyə rəsmi səfərə yollanır.
NOCOMMENT qafqazinfo-ya xəbər verir ki, bu barədə məlumatı Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vahan Hunanyan öz rəsmi tviter hesabında paylaşıb.
Məlumata görə, Mirzoyan martın 10-dan 12-nə qədər Türkiyədə səfərdə olacaq və Antalya Diplomatiya Forumunda iştirak edəcək. Mirzoyanın Antalyada bir neçə görüş keçirməsi də planlaşdırılır.












