Hacıyev: Ordumuz tərəfindən lazımi tədbirlər görülür

Hacıyev: Ordumuz tərəfindən lazımi tədbirlər görülür

“Qarabağda Ermənistanın qeyri-qanuni hərbi birləşmələri qalmaqdadır. Onlar tərəfindən də bəzən atəşkəsin pozulması halları müşahidə olunur”.

NOCOMMENT.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Haber Global”a müsahibəsində deyib.

Onun sözlərinə görə, Azərbaycan tərəfindən onların hər biri müşahidə edilir:

“Azərbaycan Silahlı Qüvvələri tərəfindən də lazımi tədbirlər görülür. Eyni zamanda Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinə monitorinqlərimizi təqdim edirik ki, onların hər biri araşdırılsın və səbəbləri müəyyən edilsin”.

Prezidentin köməkçisi bildirib ki, belə halların olması təəssüfedicidir.