Hazırda Azərbaycanda pandemiya nəzarət altındadır – Prezident

Hazırda Azərbaycanda pandemiya nəzarət altındadır – Prezident

“Hazırda Azərbaycanda pandemiya nəzarət altındadır. Yeganə məhdudiyyət qapalı məkanlarda maska taxılmasıdır”.

NOCOMMENT.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “COVID-19-dan sonrakı dünya” mövzusunda keçirilən Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edərkən deyib.

“Biz əsasən SinoVac və Pfizer vaksinindən istifadə edirik. Peyvəndləmə səviyyəsi yüksəkdir. Peyvəndləmə könüllüdür”, – dövlət başçısı bildirib.